"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev Milli Şuranın 19 oktyabr 2019-cu il tarixli mitinqi barədə maraqlı mülahizə irəli sürüb.
Qaynarinfo xəbər verir ki, baş redaktorun ehtimalına görə, həmin aksiya Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin bu vəzifədən kənarlaşdırılmasının qarşısını almağa hesablana bilər.
Alqış Musayevin "Facebook" platformasında paylaşdığı həmin fikirlərini təqdim edirik:
"19 oktyabr 2019 -cu ildə özünü "Milli Şura" adlandıran müxalif kəsim Bakıda razılaşdırılmamış aksiya kecirməyə cəhd etdi...
3 gün sonra, 23 oktyabr 2019-cu ildə Ramız Mehdiyev Prezident Aparatından kənarlaşdırılıb, Sovet "KQB"sinin "arxa bağcası" sayılan Elmlər Akademiyasına göndərildi.
Bu iki tarix arasında bağlılıq varmı?
Əlahəzrət məntiq deyir ki, 19 oktyabrda Bakıda icazəsiz mitinq keçimək istəyi Mehdiyevin 23 oktyabrda vəzifədən uzaqlaşıdırlmasını əngəlləməyə hesablanmışdı. Bu o vaxt idi ki, Azərbaycan Vətən müharibəsinə hazırlaşırdı. İlham Əliyev komandada təmizlənmə prosesinin başlatmışdı".
Qeyd edək ki, Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Adminstrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb. Mehdiyev bu günlərdə cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (Dövlətə xəyanət) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Aydın
Şərhlər