Xəbər lenti

AVP gizli qurultay keçirir? - Elçin Ağamalıdan ittiham
Siyasət 11:56 24.01.2026

AVP gizli qurultay keçirir? - Elçin Ağamalıdan ittiham

Ana Vətən Partiyası gizli şəkildə qurultay keçirir.

Qaynarinfo xəbər verir ki, bu barədə partiya sədrinin birinci müavini, Fəzail Ağamalının oğlu Elçin Ağamalı məlumat verib. Onun sözlərinə görə, qurultay partiyanın yerləşdiyi binanın akt zalında gizli şəkildə keçirilir:

"Bakı şəhəri və yaxın şəhər və rayonlardan gələn, əsasən partiyaya heç bir aidiyyatı olmayan şəxslərin iştirakı ilə keçirilən qurultay qeyri legitimdir və hüquqi mübahisələndirmə üçün növbəti pozuntudur".

Qeyd edək ki, bir müddət bundan əvvəl Ana Vətən Partiyası növbəti qurultayını keçirmişdi. Partiyanın sədr müavini Elçin Ağamalı ilə atası arasında gərgin mübahisə yaşandığından Fəzail Ağamalı istefa vermədiyini bəyan edərək qurultayın təxirə salındığını bildirmişdi. Elçin Ağamalı partiyaya ğzünün rəhbərlik etməsini, Fəzail Ağamalı isə qızı, deputat Günay Ağamalının sədr seçilməsini istəyir.

Bahar Rüstəmli
--> -->