Göyçay şəhərinin Nizami küçəsində sağlam şam ağaclarının qəsdən qurudularaq yerində obyekt tikildiyi iddia edilir.
Manset.az-ın əldə etdiyi məlumata görə, ağacların gövdəsi deşilərək içinə kimyəvi maddə (kislota) vurulub. Nəticədə ağaclar quruyur və onlar kəsilərək yerində obyekt tikilməsinin planlaşdırıldığı bildirilir.
Məsələ ilə bağlı polis və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, əraziyə baxış keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən bir nəfər müəyyən olunaraq saxlanılıb. Dəymiş maddi ziyanın məbləğinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq sorğu göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər