Xəbər lenti

Bu təhsil mərkəzinə direktor təyin edildi
Ölkə 17:24 28.07.2026

Bu təhsil mərkəzinə direktor təyin edildi

Səbinə Rasim qızı Hacıyeva İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib.

Qaynarinfo bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər verir.
 
Qərara əsasən, o, 28 iyul 2026-cı il tarixindən etibarən yeni vəzifəsinin icrasına başlayıb.

Səbinə Hacıyeva Bakı Slavyan Universitetində "Rus dili və ədəbiyyatı müəllimliyi" ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisası üzrə əlavə təhsil alıb.

O, əmək fəaliyyətinə 2001-ci ildə peşə təhsili sistemində başlayıb. Müxtəlif illərdə "Dövlət Dəmir Yolu Liseyi"ndə laborant, rus dili üzrə dərnək rəhbəri və Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışıb. Sonrakı illərdə "Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi"ndə tədris şöbəsinin müdir müavini, "Bakı Kompüter Peşə Liseyi"ndə dərs hissə müdiri, "Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi"ndə isə tədris-istehsalat işləri üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.

2025-ci il yanvarın 7-də "Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi"nin tədris və təlim işləri üzrə direktor müavini təyin olunan Səbinə Hacıyevaya daha sonra həmin təhsil müəssisəsinin direktor vəzifəsinin icrası həvalə edilib.

İndi isə o, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->