Xəbər lenti

Banklardakı əmanətlər 17,8 milyard manata çatıb
Ekonomiks 13:13 28.07.2026

Banklardakı əmanətlər 17,8 milyard manata çatıb

2026-cı il iyunun 1-nə olan məlumata görə, Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi artmaqda davam edir.

Qaynarinfo Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, fiziki şəxslərin banklardakı əmanətlərinin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz artaraq 17 milyard 799,8 milyon manat təşkil edib.

Əmanətlərin 70,8 faizi milli valyutada, 29,2 faizi isə xarici valyutada yerləşdirilib.

Hesabata görə, milli valyutada saxlanılan əmanətlərin həcmi illik müqayisədə 24,4 faiz, xarici valyutada olan əmanətlər isə 5,3 faiz artıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->