Xəbər lenti

Fədayə Laçının son görüntüsü müzakirə yaratdı (VİDEO)
Video 15:34 28.07.2026

Fədayə Laçının son görüntüsü müzakirə yaratdı (VİDEO)

Müğənni Fədayə Laçının son görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə gözəllik salonlarından birində olarkən repertuarında yer alan "Bəs nə deyim?" mahnısını canlı ifa edib. O, həmin görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Paylaşımın ardından bir sıra izləyicilər Fədayə Laçını ilk baxışdan tanımaqda çətinlik çəkdiklərini bildiriblər. İstifadəçilər onun görünüşündə nəzərəçarpacaq dəyişiklik olduğunu qeyd edərək müxtəlif fikirlər səsləndiriblər.

Bəzi sosial şəbəkə istifadəçiləri müğənninin çəki artımını səhhəti ilə əlaqələndirsələr də, bununla bağlı Fədayə Laçının özü tərəfindən hər hansı açıqlama verilməyib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->