Xəbər lenti

Günel Zeynalova Mərdəkandakı bağ evinə gedə bilmir
Maqazin 14:22 28.07.2026

Günel Zeynalova Mərdəkandakı bağ evinə gedə bilmir

Müğənni Günel Zeynalova Mərdəkanda yerləşən bağ evinə gedib-gəlməkdə çətinlik çəkir. 

Müğənninin köməkçisi Nəzər Nəzərli Qaynarinfo-ya bildirib ki, buna səbəb bağ evinə aparan yolun yararsız vəziyyətdə olmasıdır:

"Bağ evi Mərdəkanda, Qazmaçılar küçəsində yerləşir. Ora yeni köçmüşük. Ərazidə yollar çox bərbad vəziyyətdədir. Yağış yağanda yol çökür, qonşuların kanalizasiya suları isə küçəyə axır. Bu səbəbdən Günel Zeynalova bağ evinə rahat gedə bilmir".

Nəzər Nəzərli qeyd edib ki, bu məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə rəsmi müraciət edilməyib:

"Yolun təmir olunmasına ehtiyac var. Günel xanım məsələ ilə bağlı sosial şəbəkə hesabında Xəzər Rayon İcra  Hakimiyyətinə müraciət edərək yolun bərpasına kömək  göstərilməsini xahiş edib".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->