Xəbər lenti

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayacaq
Siyasət 10:10 27.07.2026

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayacaq

Kolumbiyanın yeni seçilmiş prezidenti Abelardo de la Esprielya dövlət xərclərinin optimallaşdırılması siyasəti çərçivəsində ölkəsinin 15 dövlətdə, o cümlədən Azərbaycandakı səfirliklərini bağlamağı planlaşdırdığını bildirib.

Qaynarinfo Kolumbiya mediasına istinadən xəbər verir ki, bu barədə o, televiziya ilə müraciətində bildirib.

De la Esprielya qeyd edib ki, inauqurasiya anından etibarən o, Kolumbiyanın ən azı 15 səfirliyini bağlayacaq.

Bunlar Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikadakı səfirliklərdir.

O, həmçinin Kolumbiyanın Fələstində səfirliyinin açılması prosesini dayandıracağını da təsdiqləyib.

Abelardo de la Esprielya cari ilin iyun ayında Kolumbiyada keçirilən prezident seçkilərində qalib gəlib. O, avqustun 7-də rəsmi qaydada dövlət başçısı vəzifəsinin icrasına başlayacaq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->