Xəbər lenti

Dövlət xəstəxanalarında ürəyin MRT müayinəsi niyə aparılmır? - Professor səbəbi açıqladı
Sağlamlıq 12:48 28.07.2026

Dövlət xəstəxanalarında ürəyin MRT müayinəsi niyə aparılmır? - Professor səbəbi açıqladı

Sosial şəbəkələrdə dövlət xəstəxanalarında ürəyin MRT (MRT) müayinəsinin artıq aparılmaması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, hazırda bu müayinə yalnız özəl tibb müəssisələrində həyata keçirilir.

Məsələn, tele-aparıcı Ülkər Qasımqızı sosial şəbəkə hesabında yazıb ki, sözügedən müayinə üçün Yeni Klinikaya müraciət etsə də, xidmətin dayandırıldığı bildirilib:

"Ölkəmizdə heç bir dövlət xəstəxanasında ürəyin MRT-si edilmir. Yeni Klinikada bu xidmət var idi, amma bir ay əvvəl fəaliyyət də dayandırılıb".

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda bir çox dövlət xəstəxanasında müasir diaqnostik avadanlıq çatışmır:



"Nə kompüter tomoqrafiyası, nə də MRT aparatları lazımi səviyyədə mövcuddur. Neft erası dövründə bəzi baş həkimlər və o vaxtkı nazirlik köhnə avadanlıqları şişirdilmiş qiymətlərlə almışdılar. Hazırda isə həmin avadanlıqlar tamamilə sıradan çıxıb. Özəl klinikalar isə özəl mülkiyyətə əsaslandığından daha keyfiyyətli avadanlıq almaqda maraqlıdırlar və bunun hesabına fəaliyyətlərini qururlar. Əsas odur ki, insanlar bu imkanlardan yararlana bilsinlər".

Professor əlavə edib ki, ürək patologiyalarının diaqnostikasında MRT ən informativ müayinə üsullarından biridir:

"Əgər İcbari Tibbi Sığorta çərçivəsində özəl klinikaların imkanları da bu prosesə cəlb olunsa, bu, vətəndaşlar üçün mühüm üstünlük olar. Eyni zamanda, mövcud problemin həllinə də ciddi dəstək verər".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->