Xəbər lenti

Azərbaycanlı hakim Ukrayna - Litva oyununu idarə edəcək
İdman 10:41 24.01.2026

Azərbaycanlı hakim Ukrayna - Litva oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Hikmət Qafarlı futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində növbəti təyinatını alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Həmyerlimiz B qrupunda keçiriləcək Ukrayna – Litva qarşılaşmasının birinci hakimi olacaq. Ona İngiltərədən Peter Nurs və İtaliyadan Çiara Perona kömək edəcəklər. Görüş yanvarın 25-də, saat 19:00-da Kaunasdakı 17 500 azarkeş tutumu olan "Jalgiris Arena"da baş tutacaq.

Qeyd edək ki, H. Qafarlının ilk təyinatı yanvarın 22-də həmin arenada keçirilmiş Ermənistan – Ukrayna görüşünə olmuşdu. Həmin matçda timekeeper funksiyasını yerinə yetirən referi bu dəfə final mərhələsində ilk dəfə meydanda əsas hakim kimi debüt edəcək.
--> -->