XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

19 yaşlı Yamal "Barselona"nın 91 il əvvəlki rekordunu qırdı
İdman11:23 01.09.2026

19 yaşlı Yamal "Barselona"nın 91 il əvvəlki rekordunu qırdı

"Barselona"nın vingeri Lamin Yamal İspaniya La Liqasının üçüncü turunda "Rayo Valyekano" ilə oyunda dubl edərək klubun 91 il ərzində qorunan rekordunu yeniləyib.

Qaynarinfo xəbər verir ki, görüş "Barselona"nın 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 12-ci dəqiqəsində Serxio Kameyo hesabı açıb. 19-cu dəqiqədə Rafinya hesabı bərabərləşdirib, iki dəqiqə sonra isə Yamal "Barselona"nı önə keçirib. İkinci hissədə Florian Lejen, Kameyo və Rafinya fərqlənib.

Lamin Yamalın dublu onun "Barselona" forması ilə vurduğu 50-ci və 51-ci qollar olub. Bununla da 19 yaşlı futbolçu 1935-ci ildə 20 yaş 356 günlük olarkən 50 qol həddinə çatan klubun hücumçusu Xosep Eskolanın rekordunu qırıb. Bu rekord 91 il ərzində qorunub.

Rekorda ən çox yaxınlaşan futbolçu Lionel Messi olub. Lakin argentinalı ulduz 50 qol həddinə yalnız 21 yaş 120 günlük olarkən çatıb. Yamal isə bu nailiyyəti 19 yaş 49 günlük olarkən əldə edib.

İspaniya çempionatında üç turdan sonra "Barselona" 9 xal toplayaraq La Liqanın turnir cədvəlinə başçılıq edir.

Aydın