Xəbər lenti

1938-ci ildə başlayan araşdırma xoşbəxtliyin əsas sirrini açdı
Dünya 23:16 04.01.2025

1938-ci ildə başlayan araşdırma xoşbəxtliyin əsas sirrini açdı

Uzun illər ərzində iştirakçılarla aparılan araşdırmalar göstərib ki, insanların həyatdakı xoşbəxtliyi ən çox münasibətlərin möhkəmliyindən asılıdır.

Qaynarinfo xəbər verir ki, Harvard Tibb Məktəbinin professorları Robert Voldinger və Mark Şults "Yaxşı həyat" adlı kitablarında bu nəticəni təsdiqləyiblər. 

Onlar 1938-ci ildə başlayan və bu günə qədər davam edən ən uzunmüddətli xoşbəxtlik araşdırmasına əsaslanıblar. Araşdırma əvvəlcə Harvard tələbələri və Bostondan aztəminatlı oğlanların həyatını izləməklə başlayıb. Daha sonra iştirakçıların həyat yoldaşları və övladları da daxil olmaqla, araşdırmanın həcmi 2000-dən çox insana qədər genişləndirilib.

Tədqiqatçılar hər beş ildən bir iştirakçıların tibbi qeydlərini toplayıb, DNT testləri aparıb və iki ildən bir həyatları və rifahları ilə bağlı anketlər doldurublar. Həmçinin, hər 15 ildən bir iştirakçılarla şəxsən görüşüb müsahibələr keçiriblər. Nəticədə, xoşbəxtliyin əsas açarı olaraq sağlamlıq deyil, insanlararası münasibətlər ön plana çıxıb.

Araşdırmada iştirakçılardan həyatdakı çətinlikləri necə dəf etdikləri soruşulduqda, ümid mənbəyi olaraq ən çox insanlarla olan əlaqələrini vurğulayıblar. İllər keçdikcə iştirakçılar, əsasən, ailə və dostlarla keçirdikləri vaxtın azlığından peşman olduqlarını, karyera uğurları və maliyyə məsələlərinə həddindən artıq əhəmiyyət verdiklərini etiraf ediblər.

"Uğurlar vacibdir və həzz gətirir, amma münasibətləri qurban verdiyimiz zaman, nəticədə bundan peşman olur və həyatımızı daha xoşbəxt yaşamaq şansını itiririk", deyə Robert Voldinger qeyd edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->