Xəbər lenti

1972-ci il tarixdə ən uzun il olub: Səbəbi nədir?
Dünya 15:39 17.11.2025

1972-ci il tarixdə ən uzun il olub: Səbəbi nədir?

1972-ci ildə alimlər həmin dövr üçün qeyri-adi bir qərar qəbul ediblər.

Qayanrinfo "IFLscience" portalına istinadən ki, 1972-ci il "Uotergeyt" qalmaqalının başlanması, "Xaç atası" filminin nümayişi və "Apollon-17” missiyası zamanı Ay səthinə son enişlə yadda qalıb. Bu ilin xüsusi cəhətlərindən biri də tarixdə ən uzun il olmasıdır.

Məlumata görə, 1972-ci il bir çox illərlə müqayisədə artıq 24 saat daha uzun olub. Üstəlik, həmin ilə iki sıçrayış saniyəsi - 30 və 31 dekabrda əlavə olunub.

Nəşrin hesablamalarına əsasən, 1972-ci il 31 622 402 saniyə davam edib. Müqayisə üçün, adi 365 günlük il 31 536 000 saniyədir.

Açıqlamaya görə, həmin il əlavə edilən saniyələr saatların Yer kürəsinin qeyri-bərabər fırlanması ilə sinxronlaşdırılması üçün lazım idi. Hazırda dünya vaxt ölçülməsində atom saatından istifadə edir.

Atom saatı adətən seziy atomlarının təbii titrəyişlərini izləməklə işləyir. Bu titrəyişlər sayıldıqda zaman son dərəcə dəqiq ölçülür və milyon illər ərzində cəmi bir saniyəlik fərq yarana bilər.

Problem ondadır ki, bu qədər dəqiq olan atom saatı belə Günəşin səmadakı mövqeyi ilə tam uyğun gəlmir. Yer hər gün tam bərabər sürətlə fırlanmır və buna görə bəzən əlavə saniyələr tələb olunur.

Nəşr qeyd edir ki, millisekundluq kənaraçıxmalar kiçik görünə bilər, lakin zaman ölçümündə yüksək dəqiqlik tələb edən GPS naviqasiya, telekommunikasiya, maliyyə əməliyyatları və elmi tədqiqatlar kimi texnologiyalar üçün son dərəcə vacibdir.

1972-ci ilin iyununda ABŞ Milli Standartlar Bürosunun laboratoriyasının da iştirak etdiyi beynəlxalq razılaşmaya əsasən ilk sıçrayış saniyəsi əlavə edilib. Dekabrın sonunda isə "itirilmiş vaxtı” kompensasiya etmək üçün daha bir saniyə daxil edilib.

Nəşr xatırladır ki, 1970-ci illərdən bəri dünya koordinasiya olunmuş vaxtına 30-a yaxın sıçrayış saniyəsi əlavə olunub. Bu saniyələr atom saatı ilə Yer fırlanması arasında tarazlığın qorunmasına imkan verib.

Bəzi alimlər eramızdan əvvəl 46-cı ili də tarixdə ən uzun il hesab edirlər. Həmin il Yuli Sezar astronomlarının məsləhəti ilə Roma təqvimini günəş ilinə uyğunlaşdırmaq üçün təqvimə 445 gün əlavə etmişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->