Ekonomiks 09:46 18.01.2022

1989-cu ildən vəzifə tutan daha bir sədr müavini işdən çıxarıldı

Dövlət Sığorta Kommersiya Şirkətinin daha bir sədr müavini vəzifəsindən azad olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, 1989-cu ildən Dövlət Sığorta İdarəsinin sədrinin müavini vəzifəsində çalışmış Fərəcov Möhübbət Salman oğlu müvafiq əmrlə yaş həddi ilə əlaqədar işdən çıxarılaraq təqaüdə göndərilib.

Qeyd edək ki, bundan əvvəl sədrin birinci müavini Aftandil Hacıyev yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub. Aftandil Hacıyev də 1989-cu ildən Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsini tutub və ötən ay işdən azad olunub.

Əhməd