Xəbər lenti

1xBet “Barselona”nın qlobal tərəfdaşı oldu - sponsorluq müqaviləsi imzalandı
İdman 17:28 09.08.2019

1xBet “Barselona”nın qlobal tərəfdaşı oldu - sponsorluq müqaviləsi imzalandı

"Barselona” futbol klubu və 1xBet sponsorluq müqaviləsi imzalayıblar. Müqaviləyə əsasən, dünyanın aparıcı mərc şirkətlərindən biri Kataloniya klubunun yeni qlobal tərəfdaşı olub. 5 illik əməkdaşlıq müqaviləsi 30 iyun 2024-cü il tarixinə qədər etibarlı olacaq.

"Barselona” ən yaxşı tərəfdaşları tapmaq üçün qlobal strategiyanın bir hissəsi olaraq 1 iyul tarixində qüvvəyə minmiş razılaşmanı nəzərdən keçirir. Klub inanır ki, 1xBet ilə razılaşma nəinki İspaniyanın hazırkı çempionuna komanda nəticələrində, həmçinin marketinq və idman sponsorluğu baxımından da liderlik mövqeyini qoruyub saxlayacaq.
 
Razılaşma "Barselona” və 1xBet-in müxtəlif sahələrdə əməkdaşlığını - rəqəmsal fəaliyyətlərə xüsusi diqqət yetirərək həm meydandaxili, həm meydandan kənar dairəni əhatə edir. 1xBet  klubun futbolçularını promosyon materiallarını və marketinq kampaniyalarını tanıtmaq üçün cəlb edə biləcək.

BK 1xBet öz sahəsində və Avropa, Asiya və Latın Amerikasında olan ofisləri ilə 12 ildən artıq təcrübəyə malik olan beynəlxalq aparıcı oyun və texnologiya şirkətidir. Daha əvvəl şirkət İspaniyanın La Liqa, İtaliya A Seriyası və İngiltərənin futbol klubu "Tottenhem”in də daxil olduğu bir sıra tanınmış tərəfdaşlar ilə müqavilə imzalayıb.

Hər iki brendin potensialını nəzərə alaraq tərəflər əməkdaşlığın effektiv olacağına əmindirlər.

"Barselona” FK-nın İdarə Heyətinin üzvü, klubun ticarət bölməsinin başçısı Josep Pont deyib:

"Biz əminik ki, 1xBet ilə olan razılaşma bizə həm meydanda, həm də meydandan kənar  daha da böyüməyimizə kömək edəcək. Bu razılaşma qlobal genişlənmə strategiyasını gücləndirəcək. Əminəm ki, bu, dünyanın yeni idman azarkeşləri ilə ünsiyyət qurmağımıza kömək edəcək".

1xBet nümayəndəsi Alex Sammers isə bildirib:

"Dünyanın ən güclü klublarından biri ilə saziş imzaladığımız üçün çox xoşbəxtik. Biz əminik ki, "Barselona” azarkeşlərinə müxtəlif təkliflər edə bilərik. Səmərəli əməkdaşlığa ümid edirik. "Barselona”nın şüarı belədir: "Klubdan daha artıq". Biz ümid edirik ki, önümüzdəki 5 il ərzində komandanın azarkeşləri 1xBet-in bukmeker şirkətindən daha artıq olduğunu görəcəklər".
 


1xBet haqqında

BK 1xBet, öz sahəsində 12 ildən artıq təcrübəyə malik olan beynəlxalq aparıcı oyun və texnologiya şirkətidir. Mərc sənayesində sürətlə inkişaf edən şirkətlərindən biri olan 1xBet-in Avropa, Asiya və Latın Amerikasında yerləşən ofislərində 5000-dən çox peşəkar çalışır.

1xBet müştərilərinə matçdan əvvəl və canlı rejimdə ən çox sayda tədbir təqdim edir. Şirkət müştərilərə geniş çeşidli əyləncə təklif edərək, nüfuzlu onlayn slotlara və digər oyunlara malikdir. Rəqəmsal sövdələşməyə yönəldilən BK 1xBet, 250-dən çox ödəniş sistemi ilə əməkdaşlıq edir və 30 dildə gecə-gündüz müştəriyə dəstək göstərir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->