Xəbər lenti

2 il əvvəl yaradılan şirkət nizamnamə kapitalını 73 min dəfə azaldır
Ekonomiks 12:36 23.01.2021

2 il əvvəl yaradılan şirkət nizamnamə kapitalını 73 min dəfə azaldır

2019-cu ildə yaradılan "İnterax” MMC nizamnamə kapitalını kəskin şəkildə azaldır.

Qaynarinfo xəbər verir ki, "İnterax” MMC nizamnamə kapitalının 733 min 592 manat dəyərindən 10 manat dəyərinə kimi azaldığını elan edib. Elanda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 1/6, m. 40 ünvanına bildirə bilərlər.



"İnterax” MMC 15.05.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. 14 gün sonra registr məlumatlarına dəyişiklik edib. MMC-nin qanuni təmsilçisi Məryəm Hacı qızıdır.

Qeyd edək ki, Koronavirus (COVİD-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu içilәrinә әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi almış vergi ödәyicilәrinin siyahısında da "İnterax" şirkətinin adı var. Şirkətə nə qədər dövlət dəstəyi verildiyi açıqlanmayıb. İnternet resurslarında MMC-nin indiyə kimi fəaliyyəti ilə bağlı hər hansı bir məlumat da yoxdur.

Orxan Əhmədli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->