ABŞ-ın strateji bombardmançısı B-2 "Spirit" təxminən 9 600 kilometr məsafəni yanacaq doldurmadan uça, nüvə silahı daşıya və dünyanın istənilən nöqtəsinə zərbə endirə bilir. Lakin bu 2 milyard dollarlıq təyyarənin sadə bir zəifliyi var - yağış.
Qaynarinfo "Wion" nəşrinə istinadən xəbər verir ki, B-2 xüsusi radiodalğaları udan örtüklə (stels boyası) qorunur. Bu material düşmən radar siqnallarını yayındırır, lakin nəmlə təmasda olduqda xüsusiyyətlərini itirə bilər. Uzun müddət yağış altında qalan səthdə boya qabara, qoparaq soyula bilər. Bu isə təyyarəni radarlara qarşı daha görünən edir.
Yağış təkcə boyaya deyil, həm də gövdənin incə tikişlərinə və səthlərinə təsir edir. Uçuşdan sonra texniki qruplar saatlarla nəmlikdən yaranmış zədələnmələri yoxlamalı olur. Bəzən B-2-nin havada keçirdiyi vaxtdan daha çox müddət yerüstü xidmətə sərf edilir.
Adi hərbi təyyarələr açıq meydançalarda saxlana bilsə də, B-2 yalnız temperatur və rütubətə nəzarət edilən nəhəng anqarlarda qorunur. Bu anqarların saxlanılması isə təyyarənin onsuz da astronomik olan istismar xərclərinə milyonlarla dollar əlavə edir.
Dünyanın ən ölümcül aviasiya vasitələrindən biri hesab olunan B-2 əslində hava şəraitinə qarşı həssasdır. Sadə bir ildırım tufanı belə bütün donanmanı yerə endirə bilər. Buna görə də missiyalar hava proqnozlarına xüsusi diqqətlə planlaşdırılır.
İlk baxışda B-2-ni sadəcə hermetikləşdirmək mümkün görünə bilər. Amma problem ondadır ki, örtüyün hər hansı dəyişdirilməsi stels xüsusiyyətlərini poza bilər. Çünki xüsusi boya radarlara qarşı udma qabiliyyətinə malikdir, suyu itələmək üçün isə nəzərdə tutulmayıb. Hətta ən kiçik dəyişiklik belə onun "görünməz” üstünlüyünü yox edə bilər.
Aydın
Şərhlər