Xəbər lenti

2 milyon manatlıq KORRUPSİYA
Ölkə 16:29 06.05.2013

2 milyon manatlıq KORRUPSİYA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 1 oktyabr 2011-ci il tarixdən 1 mart 2013-cü il tarixədək olan dövrü əhatə edən müddət ərzində aparılmış araşdırmalarla mərkəzin vəzifəli şəxsləri tərəfindən ünvanlı sosial yardımların, sosial müavinətlərin, təqaüdlərin hesablanması və ödəməyə yönəldilməsi prosesində saxtakarlıqlara yol verilərək ümumilikdə 2 milyon 236 min manat məbləğində vəsaitin mənimsənilməsi aşkar edilib. 

Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. 

Prokurorluğun yaydığı məlumata görə, baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış müvafiq araşdırmalarla həmin xüsusatlar təsdiqini tapdığından fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->