Xəbər lenti

Senatorlar Pentaqondan Maskın Putinlə əlaqələrini araşdırmağı tələb etdi
Dünya 18:04 16.11.2024

Senatorlar Pentaqondan Maskın Putinlə əlaqələrini araşdırmağı tələb etdi

ABŞ Demokratlar Partiyasından olan senatorlar Cin Şahin və Cek Rid Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyini milyarder İlon Maskın Rusiya hakimiyyəti, o cümlədən prezident Vladimir Putinlə təmaslarını araşdırmağa çağırıb.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Məktub baş prokuror Merrik Qarlanda və Pentaqonun baş müfəttişi Robert Storça göndərilib. Məktubda qeyd olunur ki, Mask "SpaceX" aerokosmik şirkətinin baş direktoru kimi Müdafiə Nazirliyi və Kəşfiyyat camiəsinin milyardlarla dollarlıq müqavilələrinə nəzarət edir. Bu baxımdan senatorlar onun Putinlə təmaslarının ölkənin təhlükəsizliyinə zərər verə biləcəyindən ehtiyat edirlər.

"ABŞ-ın yaxşı bəlli olan rəqibi ilə hökumətdən milyardlarla dollarlıq maliyyə alan Mask arasında bu münasibət, dövlət podratçısı və məxfi məlumatlara çıxışı olan şəxsin etibarlılığı ilə bağlı ciddi suallar doğurur”, deyə senatorlar vurğulayıblar. 

Şahin və Rid şübhələr təsdiqlənərsə, iş adamının dövlət satınalmalarında iştirakdan kənarlaşdırılmasını tələb etmək niyyətindədir.

Oktyabr ayında rusiyalı və qərbli rəsmi mənbələr "The Wall Street Journal”a (WSJ) bildiriblər ki, Mask son iki il ərzində Putin və digər yüksək vəzifəli şəxslərlə, o cümlədən ABŞ-a qarşı hibrid müharibədə əməliyyatlara rəhbərlik edən prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko ilə dəfələrlə danışıb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, milyarderlə Putin şəxsi mövzuları, biznes və geosiyasəti müzakirə ediblər.

Kreml Rusiya dövlət başçısı ilə Mask arasında müntəzəm əlaqələri təkzib edib. Prezidentin mətbuat katibi Dmitri Peskov iddia edib ki, Putin və amerikalı milyarder 2022-ci ilə qədər yalnız bir dəfə telefonla danışıblar - söhbət "informasiya xarakteri daşıyır” və mövzusu "gələcək üçün texnoloji həllər” olub. Kreml WSJ nəşrini seçki kampaniyası çərçivəsində "daha bir saxtakarlıq” adlandırıb. Maskın özü nəşri Putinlə təmasları haqqında iki gülüş ifadəsi ilə müşayiət edib və ənənəvi Amerika mediasının "solçu təbliğatın” ruporuna çevrildiyini qeyd edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->