20 Yanvara görə Rusiya siyasi və maddi məsuliyyət daşımalıdır (ŞƏRH)

20 Yanvara görə Rusiya siyasi və maddi məsuliyyət daşımalıdır (ŞƏRH)

20 Yanvar hadisələrinə görə SSRİ dövlətinin hüquqi varisi olan Rusiya Federasiyası bir dövlət kimi siyasi və maddi məsuliyyət daşımalıdır.

Qaynarinfo xəbər verir ki, bu fikirləri hüquqşünas Qaya Əliyev bildirib. Qaya Əliyevin sözlərinə görə, 20 Yanvar hadisələrinə həm siyasi, həm də hüquqi aspektdən qiymət vermək lazımdır. Hüquqi baxımdan, bu hadisələr BMT Baş Asambleyasının 1974-cü il tarixli Təcavüzün tərifi haqqında Qətnaməsinin 7-ci və 3-cü maddəsi konteksində silahlı təcavüzdür: 

"Başqa sözlə desək, bu təcavüz aktı SSRİ-nin müvafiq strukturlarının və silahlı qüvvvələrinin öz müqəddəratını təyin edib, milli dövlətçiliyindən məhrum edilmiş və öz dövlətçiliyini bərpa etməyə çalışan bir xalqa özünün "self-determination" hüququnu realizə etməyə zorakı vasitələrlə mane olmasında ifadə olunub. Təbii ki, beynəlxalq cinayət hüququnda ən ağır cinayət hesab olunan silahlı təcavüz aktını Azərbaycan xalqına qarşı törətdiyinə görə və ya törədilməsində bu və ya digər dərəcədə iştirak etdiyinə görə bütün təqsirli fiziki şəxslər, hərbi canilər və bu cinayətin hazırlanmasında, təşkilində və həyata keçirilməsində iştirak edən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunmalı, bu silahlı təcavüz aktını törətmiş SSRİ dövlətinin hüquqi varisi olan Rusiya Federasiyası isə bir dövlət kimi siyasi və maddi məsuliyyət daşımalıdır. Bu istiqamətdə xarici siyasət orqanlarımız əsasən BMT və digər müvafiq beynəlxalq qurumlar çərçivəsində diplomatik və hüquqi iş aparmalıdır. 

20 Yanvar hadisələrinin siyasi aspektinə gəldikdə, bu hadisələr, mən deyərdim ki, 1956-cı il Macarıstan hadisələri macar xalqı üçün, 1968-ci il "Praqa baharı" çex xalqı üçün nə deməkdirsə, 20 yanvar 1990-cı il hadisələri də Azərbaycan xalqı üçün odur. Bu dövlət müstəqilliyindən və dövlətçiliyindən zorakı vasitələrlə və qanunsuz üsullarla məhrum edilmiş bir xalqın öz müqəddəratını təyin etmək uğrunda şanlı mübarizə və qəhramanlıq tarixidir”.

Orxan Əhmədli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR