Siyasət 18:34 03.04.2014

İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Dzasoxovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynar.info-nun məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə Aleksandr Sergeyeviç Dzasoxov "Dostluq" ordeni ilə təltif edilsin.

Qaynar.info