Görüşdə Azərbaycanda turizmin inkişafı və görülən işlərdən danışılıb
Qaynar.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib.
Görüşdə Azərbaycanda turizmin, o cümlədən dağ turizminin inkişafı və bu istiqamətdə müasir infrastrukturun yaradılması ilə bağlı görülən işlərdən danışılıb.
Bakıda keçirilən 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin və BMT-nin Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci konfransının önəmi qeyd olunub.
Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsi, ölkəmizin turizm imkanları və bu sahədə görüləcək işlərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qaynar.info
Şərhlər