Xəbər lenti

ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı
Siyasət 10:00 04.03.2014

ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı


Martın 3-də ABŞ-ın İndiana ştatının Senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş Qətnamə qəbul olunub.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, sənəddə 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini işğal etməsi və burada 600-dən artıq günahsız insanın, o cümlədən çoxsaylı qadın və uşaqların qətlə yetirilməsi qeyd olunur.

Qətnamədə bildirilir ki, Azərbaycan Respublikasının əraziləri, BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının bunu qəti şəkildə pisləyən qətnamələrinə baxmayaraq,  bu günədək Ermənistanın işğalı altındadır.

Qətnamənin surətinin ABŞ Prezidenti, Senatı, Nümayəndələr Palatası, Dövlət Departamenti və Bakıdakı səfirliyinə göndəriləcəyi qeyd olunur.

Beləliklə, İndiana Xocalı qətliamını tanıyan ABŞ-ın 15-ci ştatı oldu.  Qeyd edək ki, keçən il Xocalı qətliamına həsr olunmuş qətnamələr Texas, Nyu Meksiko, Tennessi, Oklahoma və Pensilvaniya ştatlarında qəbul edilib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->