Ekonomiks 11:29 03.08.2013

“Facebook”dan daha bir yenilik

"Facebook" administrasiyası sosial şəbəkədəki yazını kənar sayt və ya bloqda quraşdırmağa imkan verən "Embed Post" düyməsini istifadəyə verib. Resursa daxil olmadan yazıları bəyənmək, şərh yazmaq və sair kimi imkanlar mümkün olacaq.

"ICTnews.az" elektron xəbər xidməti  bildirir ki, öz postlarını kənar resurslarda quraşdırmaq imkanı artıq, məsələn, "Twitter" və ya "YouTube" kimi xidmətlərdə reallaşdırılıb. Hələ ki yenilik ən böyük KİV saytları üçün əlçatandır. Bununla belə, "Facebook" zamanla hər kəs üçün sözügedən imkanı təqdim edəcək.

Qaynar.info