Ekonomiks 16:32 19.07.2013

Bir neçə rayonda qaz olmayacaq

Bu gün Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə, Salyan rayonunun Boranıkənd, Dayıkənd, Seyidlər, Şorsulu kəndlərinə, həmçinin Daşkəsən və Ağstafa rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək «Daşkəsən» Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan «Daşkəsən» ölçü qovşağında, saat 18:00-dək «Ağstafa» Avtomatik Qazpaylayıcı Stansiyasında, 500 mm-lik magistral qaz kəmərindən qidalanan «Bakıxanov» əhali orta təzyiqli qaz kəmərində, saat 16:00-dək  isə «Şorsulu» Avtomatik Qazpaylayıcı Stansiyasından Salyan rayonunun kəndlərinə gedən 219 mm-lik orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı məhdudlaşdırılacaq.

Qaynar.info