Ekonomiks 10:05 24.07.2013

Neft yenə bahalaşdı

İyulun 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,29 dollar və ya 0,3% artaraq 1 barelə görə 107,23 dollar təşkil edib.

APA-nın məlumatına görə, iyulun 23-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,27 dollar və ya 0,2% artaraq 108,42 dollar olub.


Qaynar.info