Azərbaycan Milli Məclisinin mayın 21-də keçiriləcək plenar iclası təxirə düşüb.
Milli Məclisdən APA-ya verilən məlumata görə, iclasın tarixi mayın 24-ə keçirilib.
İclas vaxtının təxirə düşməsinə səbəb parlament rəhbərliyinin, deputatların xaricdə və ölkədə silsilə rəsmi tədbirlərdə iştirakı ilə bağlıdır.
Qeyd edək ki, iclasda Azərbaycanla Xorvatiya və Monteneqro dövlətləri arasında bir sıra sənədlərin təsdiqi, “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında” müqavilənin təsdiqi, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər, o cümlədən Miqrasiya Məcəlləsinin layihəsinin ikinci oxunuşda müzakirəsi daxildir.
Qaynar.info
Şərhlər