Dünya 14:25 06.02.2013

Ərdoğana qarşı şok iddia

Suriya xarici işlər naziri Faysal əl-Miqdad Almaniyanın "Der Spigel" jurnalına verdiyi müsahibəsində prezident Bəşər Əsədin bu müharibədən qalib çıxacağını deyərək Türkiyəyə qarşı ağır ittihamlar irəli sürüb.

Qaynar.info-nun məlumatına görə, Əsədin sürgün ediləcəyi ilə bağlı xəbərlərin psixoloji müharibənin hissəsi olduğunu deyən XİN rəhbəri "Suriya uzun müddət Türkiyə ilə yaxşı münasibətlərə sahib idi, Səudiyyə Ərəbistanı ilə pis olmayan münasibətlər mövcud idi, niyə bu qədər düşmən oldunuz?" sualına belə cavab verib: "Uzun illər normal münasibətlər üçün səy göstərdik. Müsəlman qardaşımız Ərdoğanın tam fərqli - "Əl-Qaidə", "Əl-Nusra" və digər radikal dini qruplarla Müsəlman Qardaşları Suriyaya geri qaytarmaq, Misirdən Tunis və Liviyaya, Suriya və İraqda güclü şəbəkə quraraq Osmanlı imperiyasını geri qaytramaq kimi bir planı vardı. Hər cür silahlı qrupa sahiblik edərək sərhədləri Suriyaya açdıqları üçün Ərdoğan və xarici işlər naziri Davudoğlu minlərlə suriyalının ölümünə görə məsuliyyət daşıyırlar. Niyə BMT Türkiyəni cəzalandırmır?"

Qaynar.info