Xəbər lenti

Bu Avropa ölkəsinin adı dəyişdirilir
Dünya 23:06 15.12.2017

Bu Avropa ölkəsinin adı dəyişdirilir

Makedoniya və Yunanıstan arasındakı ad problemi həll olunur.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, BMT və Avropa Birliyinin qərarı ilə "Keçmiş Yuqoslaviya Makedoniya Respublikası" olaraq tanınan Makedoniya Respublikasının adının dəyişdirilib, "Yeni Makedoniya" ediləcəyi iddia edilir.

Bu adın Yunanıstan hökuməti tərəfindən də qəbul edildiyi bildirilir.

Məsələ ilə bağlı gələn ilin baharında rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, "Yeni Makedoniya" adı 1992-ci ildə də təklif edilmiş, lakin Yunanıstan hökuməti bu təklifi qəbul etməmişdi.

Xatırladaq ki, Yunanıstan hökuməti ölkədəki Makedoniya əyalətini əsas gətirərək "Keçmiş Yuqoslaviya Makedoniya Respublikası"nın Makedoniya adlandırılmasının əleyhinə olduqlarını bildirmişdilər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->