ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen İn ilə görüşə göndərdiyi rəsminin adı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, "Washington Post" qəzeti bu şəxsin Mərkəzi Kəşfiyyat Agentliyinin(CIA) sabiq rəhbəri Mayk Pompeo olduğunu bildirib. Pompeo aprel ayının əvvəllərində hələ vəzifəsində olduğu dövrdə Şimali Koreyaya səfər edib.
Qeyd edək ki, may və ya iyun ayında ABŞ və Şimali Koreya liderlərinin görüşü gözlənilir.
Gülşən
Şərhlər