CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 11-də 77,38 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,01 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 11-də 76,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 11-də 73,84 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 11-də 75,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətlə eynidir.
Şərhlər