Demokratik Konqo Respublikasında davam edən ebola epidemiyası nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, iyul ayında yenidən aşkar edilən virusa 88 yoluxma halı qeydə alınıb. 8 avqustda start götürən peyvənd layihəsində 5150 nəfər peyvənd edilib.
Qeyd edək ki, ilk dəfə 1976-cı ildə Konqoda tapılan ebola bu günə qədər Afrikada on minlərlə insanın ölümünə səbəb olub.
Gülşən
Şərhlər