Xəbər lenti

Azərbaycan nefti ucuzlaşdı
Ekonomiks 23:45 07.09.2018

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 77,9 dollar/barel təşkil edib ki, bu da çərşənbəyə olan göstəricidən 1,27 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə "Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 77,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,28 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 6-da 74,5 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,24 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 6-da 75,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->