Xəbər lenti

Azərbaycan nefti bahalaşdı
Ekonomiks 23:59 11.09.2018

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 10-da 78,99 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,11 dollar/barel çoxdur.

Qaynarinfo xəbər verir ki,  barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 10-da 78,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,13 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 10-da 75,43 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,98 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated” etalon növlü neftin qiyməti isə sentyabrın 10-da 76,64 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,13 dollar/barel çoxdur.

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->