Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, sentyabrın 12-də qızılın qiyməti sentyabrın 11-i ilə müqayisədə 0,5355 manat azalaraq 1 unsiya üçün 2029,222 manat təşkil edib.
Gümüş 0,0787 manat ucuzlaşaraq 1 unsiyası üçün 23,9715 manata bərabər olub.
Platinin qiyməti 0,357 manat artaraq 1341,1725 manat, palladiumun qiyməti isə 7,9985 manat azalaraq 1658,3755 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Şərhlər