Dünya 13:04 16.09.2018

NASA buzlaqları araşdırmaq üçün kosmosa 1 milyard dollarlıq peyk göndərdi

NASA qütblərdə buz təbəqələrində baş verən dəyişiklikləri öyrənmək məqsədilə "ICESat-2" peykini kosmosa göndərib.

Qaynarinfo xəbər verir ki, Kaliforniyadan yola salınan "ICESat-2" Qrenlandiya və Antarktika buzlaqlarındakı dəyişiklikləri müşahidə edəcək, ərimə miqdarını, dəniz səviyyəsindəki artımı və s. informasiyaları alimlərə çatdıracaq. İnformasiya yığımında kosmik lazerdən istifadə edəcək peyk layihə çərçivəsində daha əvvəl göndərilən "ICESat" peykindən 250 qat daha çox məlumat toplayacaq.

Qeyd edək ki, peykin göndərilməsi 1 milyard dollara başa gəlib.

Gülşən