Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü qurultayında iştirak edəcək.
Modern.az CNN Türk kanalına istinadən xəbər verir ki, Ərdoğan bu məqsədlə sentyabrın 23-də ABŞ-a, Nyu York şəhərinə səfər edəcək.
O qurultayın davam edəcəyi 4 gün ərzində digər ölkə rəhbərləri ilə görüşlər keçirəcək.
Ərdoğanın həmçinin sentyabrın 25-də qurultayda nitq söyləyəcəyi də bildirilir.
Qeyd edək ki, qurultaya Ərdoğanla bərabər Türkiyə xarici işlər naziri Mölut Çavuşoğlunun da qatılacağı qeyd edilib.
Şərhlər