Dünya 17:21 18.10.2018

Sabiq prezident vəfat etdi

Sudanın sabiq prezidenti Sivar Əl Dəhab vəfat edib.

Qaynarinfo Gulf News-a istinadən xəbər verir ki, 83 yaşlı sabiq prezident Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda yerləşən hərbi hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, Əl Dəhab 1984-cü ildə Sudanın müdafiə naziri təyin edilib. O, 1985-ci ildə baş verən və Cəfər Numairini hakimiyyətdən uzaqlaşdıran hərbi çevrilişdən sonra ölkə rəhbəri təyin edilib. 1986-cı ildə keçirilən seçkilərdən sonra isə prezident kürsüsünü Sadiq Əl Mehdiyə təhvil olub. Sivar Əl Dəhab 1987-ci ildə İslami Çağırış Təşkilatının sədri seçilib.

Gülşən