CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 17-də 80,85 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,84 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 17-də 80,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,84 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 17-də 77,06 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 17-də 80,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,5 dollar/barel azdır.
Şərhlər