Siyasət 13:52 31.01.2019

Azərbaycanda bu ölkənin səfirliyi açılacaq

Bu ilin sonunadək Azərbaycanda Slovakiya Respublikasının səfirliyi açılacaq.

"Report” bu barədə mötəbər mənbəyə istinadən xəbər verir. 

Hələlik bu ölkə Azərbaycanla əlaqələrini Rusiyadakı səfirlik vasitəsilə həyata keçirir.

Daha əvvəl Slovakiya hökumətinin Azərbaycanda səfirlik açmağı nəzərdə tutduğu bildirilmişdi.