Ölkə 18:11 15.03.2019

Milli Məclis hökumətin hesabatını qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatının müzakirəsi başa çatıb. 

Qaynarinfo xəbər verir ki, müzakirədən sonra hesabat səsverməyə çıxarılaraq qəbul edilib. 

Qeyd edək ki, hesabat sənədini parlamentə baş nazir Novruz Məmmədov təqdim edib.