Texnologiya 13:28 22.03.2019

iPhone istifadəçilərinə şad xəbər

iOS sistemli mobil qurğular da "WhatsApp"ın müəssisələr üçün hazırladığı "WhatsApp Business" tətbiqindən istifadə edə biləcəklər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci ilin əvvəllərində hazır olan tətbiq "WhatsApp"ın əsas tətbiqinə çox bənzəyir. Android və noutbuklarda artıq istifadə edilən tətbiqdən yaxın vaxtlarda iOS istifadəçiləri də faydalana biləcəklər.

Qeyd edək ki, tətbiq bizneslə və ya kiçik sahibkarlıqla məşğul olanlar üçün geniş imkanlar təqdim edir. Belə ki, istifadəçilər bunun köməyi ilə müxtəlif mesajları avtomatik edə, sıralaya və avtocavab verə bilər. Bunun üçün istifadəçi müəssisəsi ilə bağlı profil yaradır, mail və şirkətin saytının ünvanını daxil edir. Tətbiq həmçinin istifadəçiyə neçə mesajın uğurla göndərildiyi barədə statistika da verir.