İdman 14:58 23.03.2019

Azərbaycan millisi İrlandiyaya uduzdu

Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, komandamız "Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşıb. İlk turda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qolsuz heç-heçə edən komandamız bu dəfə məlub olub - 1:3.

Hesabı 41-ci dəqiqədə Tireyk Vriqt açıb. 51-ci dəqiqədə millimizin qapısına penalti təyin olunsa da, Villiam Smallbone bu şansdan yararlana bilməyib. 8 dəqiqə sonra komandamızdan Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. 63-cü dəqiqədə Yason Kniq ikinci qolu vurub. 10 dəqiqə sonra İranladiyanın qapısına penalti təyin olunub və Turan Vəlizadənin zərbəsini qapıçı dəf edib. Amma hücumun davamında komandamızdan Kamran Quliyev fərqlənib. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə Conatan Afolabi qoyub.

Qeyd edək ki, qrupun digər oyununa Rusiya Rumıniyanı sınağa çəkəcək. Millimiz son matçını martın 26-da Rumıniyaya qarşı keçirəcək.
 
Avropa çempionatı
Seçmə mərhələ
Elit raund

23 mart
İrlandiya U-19 - Azərbaycan U-19 3:1
Qollar: Tireyk Vriqt, 41. Yason Kniq, 63. Conatan Afolabi, 85 - Kamran Quliyev, 73.
İstifadə olunmayan penaltilər: Villiam Smallbone, 51 - Turan Vəlizadə, 73.
İrlandiya: 1. Brian Maher, 2. Andrev Lyons, 3. Kameron Ledvidge, 4. Jak Ceyms, 5. Oisin Makentee, 8. Yason Kniq, 9. Conatan Afolabi (k), 10. Villiam Smallbone (15. Konor Qrant, 90+1), 11. Villiam Ferri (19. Festi Ebosele, 90+3), 14. Luka Konnell (18. Niall Morahan, 90+3), 17. Tireyk Vriqt (7. Ali Reqba, 79).
Ehtiyat oyunçular: 16. Corc Makmahon, 12. Mark Makquynness, 13. Tom Qaston, 22. Riçard Ofarrell.
Baş məşqçi: Tom Mohan.
Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 4. İbrahim Hüseynov, 5. Rauf Hüseynli (6. İdris İnqilablı, 90+2), 7. Turan Vəlizadə, 8. Şakir Seyidov, 10. Kamran Quliyev (9. Murad Mahmudov, 78), 15. Vüsal Məsimov, 18. Emil Qasımov (11. Elvin Cəfərquliyev, 46), 19. Tural Bayramov (2. Rüstəm Nuriyev, 66), 20. Sərhad Daşdəmir (23. Musa Qurbanlı, 66), 24. Elnur İbrahimov. 
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Rüstəm Samiqullin, 14. Zahid Mərdanov, 21. Zamiq Əliyev.
Baş məşqçi: Vüqar Məmməd.
Sarı vərəqələr: Tireyk Vriqt, 3. Luka Konnell, 64. Kameron Ledvidge, 90+2 - Rauf Hüseynli, 82.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 59.
Hakimlər: Adam Farkas, Balazs Szert (ikisi də Macarıstan), Eqor Bolkhovitin, Nikolay Voloşin (ikisi də Rusiya).
"Kuban” stadionu.