Dünya 15:34 06.04.2019

İranda təbii fəlakət qurbanlarının sayı artır

İranda sel və daşqın qurbanlarının sayı 70 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, 31 əyalətdən 25-ində müşahidə edilən güclü yağışlar Fars əyalətində 23, Loristanda 14, Gülistanda 8, Mazandaranda 5, Həmədanda 5, Şimali Xorasanda 3, Kohgiluyə və Boyer-Əhməddə 3, Rəzəvi Xorasan, Simnan, Xuzistan, Kermanşah, İlahm, Qum, İsfahan, Qəzvin və Zəncanda 1 nəfər olmaqla ümumilikdə 70 nəfərin həyatına son qoyub, 768 nəfər yaralanıb. Xuzistan, Mazandaran, Loristanda 4 nəfər itkin düşüb. 

Gülşən