Dünya 10:50 09.04.2019

Məşhur aktyor vəfat etdi

Amerikalı aktyor Seymur Kassel vəfat edib.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, bu barədə aktyorun oğlu məlumat verib. Alzheimer xəstəliyindən əziyyət çəkən 85 yaşlı Kassel Los Ancelesdə həyatını itirib.

Seymur Kassel rejissor Con Kassavetes filmlərində iştirakı ilə məşhur idi. O, ümumilikdə 190-dan çox filmdə çıxış edib. Kassel 1968-ci ildə "Faces" filmindəki roluna görə "Ən yaxşı köməkçi aktyor" nominasiyası üzrə Oskar mükafatına sahib çıxıb.

Gülşən