Ölkə 13:27 15.04.2019

Tanınmış jurnalistə ağır itki üz verib

Tanınmış jurnalist Anar Niftəliyevə ağır itki üz verib.

Qaynarinfo bakupost.az-a istinadən xəbər verir ki, Anar Niftəliyevin anası Güllübəyim Niftəliyeva uzun sürən xəstəlikdən sonra bu gün  vəfat edib.

G. Niftəliyevanın beyninə qan sızıb. Yas mərasimi aprelin 16-da Şamaxının Şıxzahirli kəndində olacaq.

Qeyd edək ki, A.Niftəliyevin qardaşı, tanınmış aşıq Vüqar Mahmudoğlu da ötən ilin yanvar ayında dünyasını dəyişmişdi. Jurnalistin xanımı, tənqidçi Elnarə Tofiqqızı da 2013-cü ildə "Medi Sina” klinikasında əməliyyat zamanı vəfat etmişdi.