"CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 29-da 74,53 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,32 dollar/barel çoxdur”.
Qaynarinfo xəbər verir ki, bu barədə "Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,3 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,59 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel çoxdur.
Şərhlər