Xəbər lenti

Azərbaycan nefti ucuzlaşdı
Ekonomiks 23:52 10.05.2019

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da 72,73 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,32 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 71,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,32 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,63 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,72 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 70,35 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel azdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->