Dünya 17:32 08.07.2019

İranda güclü zəlzələ: 1 nəfər ölüb, 64 nəfər yaralanıb (YENİLƏNİB)

İranın cənub-qərbində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 64 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Xuzistan vilayətinin təcili tibbi yardım mərkəzinin rəhbəri Məhəmməd Əmin Zərgər bildirib.
 
11.50
 
İranın Əhvaz vilayətində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb. Təkan yerin 84 km dərinliyində müşahidə edilib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Gülşən