Siyasət 18:21 02.08.2019

Zakir Həsənov Rusiyaya getdi

Avqustun 2-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə yola düşüb.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Müdafiə naziri avqustun 3-də "Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək və "Tank biatlonu” müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdə çıxışını izləyəcək.